Qafqaz Araşdırmaları Mərkəzi

 

 

YENİ LAYİHƏ

 

 

 

Qafqaz Araşdırmaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “On iki illik ümumi təhsil sisteminə keçidlə bağlı ictimai təşəbbüslərin dəstəklənməsi” adlı yeni layihənin icrasına başlayıb. Layihə çərçivəsində on iki illik ümumi təhsillə bağlı cəmiyyətin müxtəlif zümrələrindən, ayrı-ayrı təşkilatlardan təkliflərin, maraqlı ideyaların toplanması, təhlili və islahatların icrasına məsul qurumların diqqətinə təqdim edilməsi planlaşdırılır. Hər bir vətəndaşımızı bu ictimai təşəbbüsə qoşulmağa və islahatla bağlı dəyərli təklif və tövsiyələrini bizə təqdim etməyə çağırırıq.