(06.03.2018) - QAFAM QHT Şurasının qalibləri sırasında

Qafqaz Araşdırmaları Mərkəzi-İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT Şurasının 2018-ci il birinci qrant müsabiqəsinin qaliblərindəndir və @Gənclərin xarici ölkə universitetlərində təhsilə təşviq edilməsi@ layihəsini icra edəcək!!!

(11.08.2017) - Bakı şəhərində yerləşən mədəni və tarixi abidələr üçün nəzərdə tutulan turist marşrutları və göstərilən xidmət səviyyəsinin tədqiqi

Qafqaz Araşdırmaları Mərkəzi-ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bakı şəhərində yerləşən mədəni və tarixi abidələr üçün nəzərdə tutulan turist marşrutları və göstərilən xidmət səviyyəsinin tədqiqi” mövzusunda layihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan İB-nin icraçı direktoru Q. Məmmədova layihə çərçivəsində görülən işləri mərhələlərlə iştirakçılara çatdıraraq qeyd edib ki, layihə fəaliyyəti dövründə üç tədbir keçirilmiş və bu tədbirlərin hər birində ixtisaslı tələbələr, eləcə də tədqiqatçılarla mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələr əsasında Bakı şəhərində yerləşən mədəni və tarixi abidələrdə turist cəlbediciliyinin öyrənilməsini nəzərdə tutan sorğu keçirilib və alınan cavablar əsasında hesabat hazırlanıb. Tədbirdə iştirak edən kulturoloq V. Məmmədzadə layihənin icra komandasının turistik məkanlara səfərləri və turistlərlə sorğu zamanı verilən cavabları mütəxəssis yanaşması ilə izah etmişdir. Tədbirdə iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tədqiqat layihəsi ətrafında müzakirələr aparmışdır. Sonda iştirakçılar xatirə fotoşəkli çəkdirib.

(06.12.2016) - “Azərbaycanşünaslıq akademiyası” elektron portalının yaradılması layihəsinin təqdimatı

Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanşünaslıq akademiyası” elektron portalının yaradılması layihəsinin təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan layihə rəhbəri Q.Məmmədova Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyinin yaranmasından bugünə qədər icra etdiyi layihələr və hazırda təqdimatı olan elektron portal barədə ətraflı məlumat verib. Təqdimatda iştirak edənlər layihənin icrasını müsbət qiymətləndirmiş və yaradılmış saytın dünya Azərbaycanşünaslarının tanıdılmas, onların əsərlərinin təbliği baxımından, eləcə də araşdırmaçılar üçün çox faydalı olduğunu qeyd etmişlər. İştirakçılardan dosent Məhərrəm Zülfüqarlı yaradılan portalın əhəmiyyətini vurğulamaqla yanaşı bu portalın digər dillərdə də olmasını və növbəti layihələrlə saytın digər dillərə tərcümə edilməsini təklif etmişdir. Dosent Flora Ələsgərova təklif etdi ki, növbəti layihələrdə saytın bir bölümündə tarixi abidələrin əks olunduğu xəritə salınsın ki, bu xəritə vasitəsilə Azərbaycana gələn qonaqlar, turistlər ölkədə olan tarixi-memarlıq abidələrini daha da asanlıqla tapa bilsinlər.

Tədbirin sonunda təqdimat iştirakçıları xatirə şəkli çəkdirdi.

(18.06.2016) - “Azərbaycanşünaslıq akademiyası” elektron portalının yaradılması layihəsi

Qafqaz Araşdırmalaları Mərkəzi-İctimai Birliyi (QAFAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı tədbir və aksiyaların keçirilməsi istiqamətində “Azərbaycanşünaslıq akademiyası” elektron portalının yaradılması layihəsi üzərində işləyir. Layihədə qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin icrası nəzərdə tutulur:

1. Azərbaycanla bağlı elmi və bədii əsərlərin elektron versiyasının portala yerləşdirilməsi;

2. Azərbaycan haqqında xarici müəlliflərin hazırladıqları fotoların, videoların, musiqi albomlarının, rəsm əsərlərinin portala yerləşdirilməsi;

3. Dünya azərbaycanşünasları və əsərləri haqqında məlumatların portala daxil edilməsi, onlar arasında virtual bağların qurulması;

4. Dünyada mövcud olan Azərbaycanşünaslıq qurumları və onların fəaliyyətləri haqqında məlumatların toplanması və portala yerləşdirilməsi.


Azərbaycanda və ölkədən kənarda yaşayan soydaşlaırımızı, Azərbaycanşünas mütəxəssisləri qeyd olunan məlumatların toplanmasında yardımçı olmağa və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində mükəmməl bir portal hazırlanmasına dəstək verməyə dəvət edirik. Əvvəlcədən təşəkkürlərimizi bildiririk.

Hörmətlə, QAFAM rəhbərliyi

www.qafam.org

qafam06@bk.ru

(11.09.2015) - “Sosial elmlərdə araşdırmanın metodikası” kitabının təqdimatı olacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilati dəstəyi ilə icra olunan “Sosial elmlərdə araşdırma metodikasının tədrisi ilə bağlı yay məktəbinin təşkil edilməsi” layihəsi çərçivəsində “Sosial elmlərdə araşdırmanın metodikası” kitabı nəşr olunub. 21 sentyabr, saat 11:30-da kitabın təqdimatı olacaq. İştirak sərbəstdir.
Ünvan: K. Rəhimov k., 822-23, AZ 1014 Bakı, Azərbaycan. Azərbaycan Turizm və Menecment Universiteti (əsas bina) otaq 205.

(01.02.2013) - Qənirə Ataşova il Bas xəbər Gurgustandaki vəziyyət

Gürcüstan Rusiya münasibətləri qonaqlar. Millət vəkili Fərəc Quliyev və siyasətci Xaləddin İbrahimli

(16.04.2012) - BAGT Borçalı haqda tədbir keçirib

"Borçalının problemi hər iki ölkənin gündəmində olmalıdır." Bu fikirləri Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri Ruslan İzzətli aprelin 14-də " Azərbaycan-Gürcüstan münasibətləri və Borcalı" mövzusunda keçirdiyi dəyimi masada səsləndirib.

(29.01.2011) - Avrointeqrasiya prosesləri və təhsil sistemində islahatlar-İqtisadi Forum-ANS TV

İqtisadi Forumda Sabit Bağırov (Sahibkarlığın və Bazar İqtisadiyatının İnkişafına Yardım Fondunun rəhbəri, aparıcı), Məlahət Mürşüdlü (Azərbaycan Müstəqil Müəllimlər Birliyinin sədri), Xaləddin İbrahimli (Azərbaycan Universitetinin prorektoru, professor) və Məhərrəm Zülfüqarlı (Azərbaycan Turizm Universitetinin elmi katibi, dosent) avrointeqrasiya prosesləri və təhsil sistemində islahatlar mövzusunda müzakirə aparırlar

(21.03.2010) - TÜRK ELLƏRİ - 2
TÜRK ELLƏRİ: Zərnişan İnqilabqızı - Xaləddin İbrahimli - 2

(21.03.2010) - TÜRK ELLƏRİ - 1
TÜRK ELLƏRİ: Zərnişan İnqilabqızı - Xaləddin İbrahimli - 1